Modern.az

“Sinifdə çox uşağın olması keyfiyyətə təsir etmir” - NAZİR

“Sinifdə çox uşağın olması keyfiyyətə təsir etmir” - NAZİR

Təhsil

15 Dekabr 2022, 13:16

Sinifdə az və ya çox uşağın olması təhsilin keyfiyyətinə təsir etmir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən sualları cavablandırarkən deyib.

 

“Bununla bağlı faktlar var. Əgər müəllim keçdiyi dərsi bilmirsə, istərsə 10, istərsə də 30 şagirdə dərs desin, nəticə olmayacaq. Sinqapur, Cənubi Koreya kimi ölkələrdə şagird sıxlığı bizdən çoxdur. Bunları nəzərə almaq lazımdır”,- nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir