Modern.az

RUBRİKA: “Gündəm-Karikatura” - “Popuqay”la Tağı Əhmədovun dialoqu

RUBRİKA: “Gündəm-Karikatura” - “Popuqay”la Tağı Əhmədovun dialoqu

Reportaj

8 May 2013, 17:13



Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “popuqay” əhvalatı iki gündür sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Hakim Yeni Azərbaycan Partiyasının srağagün “Gülüstan” sarayında təşkil etdiyi tədbirdə bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Bu sual isə Metropoliten rəisini özündən çıxarıb.

Səsinin tonunu artıran Tağı müəllim “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz” deyə jurnalistlərini təhqir edib.

Xəbər ildırım sürətilə saytlarda yayımlanandan az sonra Tağı Əhmədov sözlərinə düzəliş etməli oldu. Etiraf etdi ki, "popuqay" deyərkən, sən demə, özünü nəzərdə tuturmuş:

“Mənim üçdə alacağım, beşdə verəcəyim yoxdur. Amma həqiqətən o sözü şəxsən özümə dedim. Ordakılar şahiddir. Mən jurnalistlərə heç vaxt o sözü deyə bilmərəm. Özümə demişəm ki, nə qədər “popuqay”lıq eləmək olar? Hətta yoldaşlardan biri dedi ki, sən niyə özünə “popuqay” deyirsən? Dedim ki, “popuqay” pis quş deyil, hər şeyi də düz deyir”.

Əslində Tağı müəllimi qınamağı yeri yoxdur. Müşahidə etmisinizmi, bizim tədbirə göndərilən jurnalistlərimizin böyük əksəriuyyəti həmişə eyni məmurdan eyni şeyləri soruşurlar. Əgər Tağı müəllim “popuqay” sözünü jurnalistlərə desə belə, hardasa onun hirslənməyini anlamaq olar.   

Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollajda müəllif Tağı müəllimin “popuqay” əhvalatına işıq salmağa çalışıb.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI