Aslan İsmayılovun vəkil fəaliyyətinə xitam verilib. Modern.az-ın məlumatına görə, bu barədə hüquqşünas özü bildirib.
Qeyd edib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovla bağlı intizam işinə baxıb. Kollegiya A.İsmayılovun vəkillik fəaliyyətinə xitam verilib.
"İntizam komissiyasının rəyini oxuyanlar (məni və intizam komissiyasının üzvlərini tanımayanlar) mənim qədər vəkil nüfuzuna xələl gətirən ikinci şəxsin olmadığı qənaətinə gələrlər. VK Rəyasət Heyətini tanıdığımdan düşünürəm ki, mənim növbəti dəfə vəkillikdən çıxarılmam barədə qərar qəbul edəcəklər. Görəsən 1999-cu ildə, 41 yaşımda, məni yolumdan döndərib ələ baxan etmək istəyənlər qəbul etdikləri qərarın heç bir təsir etmədiyini görə-görə doğrudanmı yenidən artıq 55 yaşımda məni yolumdan döndərmək istəyirlər?! Hələ "bu aralarda" haqqımda qəbul edilmiş intizam tənbehlərindən danışmıram. Sadəcə bu "razborkalara" itirdiyim vaxta heyfim gəlir.
Tam səmimi deyirəm bu addımı atanlara və onlara züy tutmağı özlərinə şərəf bilənlərə sadəcə yazığım gəlir. Görəsən hər dəfə haqqımda qərara səs verdikdən sonra onlar ailələrinin, yaxınlarının üzlərinə necə baxırlar?", - deyə A.İsmayılov yazısında bildirib.
Modern.az