Modern.az

“Neftçi”nin baş məşqçisi 5 oyunluq cəzalandırıldı

“Neftçi”nin baş məşqçisi 5 oyunluq cəzalandırıldı

İdman

15 Dekabr 2022, 15:50

“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev cəzalandırılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

 

O, I divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb. O, oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. Abdullayev 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.

 

Bakılıların futbolçusu Ülvü Mədətov da 58-ci dəqiqədə təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq diskvalifikasiya olunub və paytaxt təmsilçisini 320 manat ziyana salıb.

 

Mədətovun komanda yoldaşları Bahadur Quliyev 90+6-cı, Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə aldığı qırmızı vərəqə üzündə 1 turluq cəza və 20 manat cəriməyə məruz qalıb.

 

Meydan sahiblərinin qapıçısı Vüsal Şabanovun oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etməsi də cəzasız qalmayıb. 3 oyunluq cəzalanan qolkiper klubunu 160 manat xərcə salıb.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi