Azərbaycanlı baş məşqçi Novruz Əzimov Moldovanın "Dinamo-Avto" komandasından ayrılıb.
Modern.az klubun rəsmi saytına istinadən bildirir ki, 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əzimov bu ilin sentyabrında Tiraspol təmsilçisinin sükanı arxasına keçmişdi. Kollektiv onun rəhbərliyi altında 8 oyuna cəmi 4 xal qazanıb.