Modern.az

DİN iş axtaranlar üçün sənəd qəbulunun vaxtını uzatdı

DİN iş axtaranlar üçün sənəd qəbulunun vaxtını uzatdı

Təhsil

8 May 2013, 19:14


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi respublikanın rayon polis orqanlarında əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən şəxslərin ərizə və sənədlərinin qəbulunu 2013-cü ilin  iyun ayının 1-dək davam etdirir.  

DİN-dən Modern.az-a verilən məlumata görə, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, subay, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.      

Müsabiqədə iştirak üçün vətəndaşlar şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək yaşayış yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək ərizəni, şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini və hərbi bileti  şəxsən təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, (012) 590-91-47, (012) 590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama