Modern.az

Deputat veteranların görüşünə getdi - FOTOLAR

Deputat veteranların görüşünə getdi - FOTOLAR

Təhsil

8 May 2013, 19:21

9 may - Qələbə günü ərəfəsində «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt şəhərinin bir sıra mik­rorayonlarında yaşayan müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik etmək, bayram sevincini onlarla bölüşmək, qayğı və istəkləri ilə daha yaxından tanış olmaq üçün II Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbənin əldə olunmasında ağır və məşəqqətli döyüş yolu keçərək, düşmənə qarşı mərdlik və igidliklə vuruşmuş veteranların görüşünə gedib.
Millət vəkili veteranların yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanıb, onların istək və arzularını dinləmiş və onlara bayram sovqatı təqdim edib.
Milli Məclisin deputatı Muxtar Babayevlə görüşdən məmnun olduqlarını ifadə edən veteranlar bildiriblər ki, mərhum prezident Heydər Əliyev hakimiy­yətdə olduğu bütün dövrlərdə onlara xüsusi diqqət göstərib, həmişə onlara dəstək olub. İndi bu qayğını prezident İlham Əliyevdən gördüklərini qeyd edən müharibə veteranları dövlət başçısına səmimi təşəkkürlərini bildirinlər.







Aytən Əliyeva

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama