Modern.az

Azərbaycan UNESCO-da sədr müavini seçildi 

Azərbaycan UNESCO-da sədr müavini seçildi 

15 Dekabr 2022, 23:30

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 17-ci sessiyası işə başlayıb.

 

Modern.az xəbər verir ki, sessiyada Azərbaycan ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi ilə təmsil olunur.

 

Sessiyanın açılışında Komitə Bürosunun formalaşdırılması məsələsi müzakirə edilib və yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib.

 

İki gün davam edəcək sessiyada UNESCO katibliyinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi kimi bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər