Modern.az

Laçın yolunda aksiyanın 5-ci GÜNÜ

Laçın yolunda aksiyanın 5-ci GÜNÜ

Qarabağ

16 Dekabr 2022, 08:14

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları gecəni tonqal ətrafında keçiriblər. Onlar ekoloji terrora son qoyulması və yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

 

Etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.

 

Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib.

 

Aksiya iştirakçılarına ictimai dəstək günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.

 

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi