Modern.az

Hitlerin azərbaycanlı oxşarı… FOTO

Hitlerin azərbaycanlı oxşarı… FOTO

9 May 2013, 12:41

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Bu dəfə layihəmizin qəhrəmanlarını 9 may tarixini – İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə gününü nəzərə alaraq seçdik.

Bu gün istədik, istəmədik İkinci Dünya Müharibəsini başladan faşist Almaniyasının kansleri Adolf Hitleri yada salmağa məcburuq. 1939-1945-ci illərdə bütün dünyanı çalxalayan, milyonlarıa insanın ölümünə, şəhərlərin dağılmasına bais olan Adolf Hitler sonda başlatdığı müharibəi uduzaraq intihar etməyə məcbur oldu.

Biz Hitlerin azərbaycanlı oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Hitlerin azərbaycanlı oxşarı Azərbaycanda heç də ondan az tanınmır. Söhbət mərhum xalq şairi Qabil İmamverdiyevdən gedir. Sağlığında Qabil müəllimə Hitlerə oxdığına görə zarafatla atmaca atanlar da olub və şairin özü bunu təbəssümlə qarşılayıb.

Diqqətlə baxanda Hitlerlə Qabilin xarici görünüşündə, saç düzümündə azacıq da olsa oxşarlıq görmək olar. Bığları onların oxşarlığına bir qədər də rəng qatır. Hər ikisinin boyu da balaca olub… Hərçənd xaraktercə onlar tamamilə fərqli insanlar olublar…

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?



Yeri gəlmişkən, Şair Qabilin oğlu Mahir İmamverdiyev atasının Hitlerə oxşadılması ilə bağlı maraqlı bir əhvalat danışır. Bu olmuş əhvalat "Atam Qabilin qəribə əhvalatları" kitabına da salınıb. Deməli əhvalat belə olub:

- Şamaxıda atamın yaxın dostu var idi – Baba müəlim. Qardaşdan artıq bilirdi onu. Öləndən sonra da ailəsiylə əlaqələrini kəsməmişdi. Günlərin bir günü oğlu Nadir zəng elədi ki, “Qabil əmi, rayona təzə raykom gəlib - Firuz Mustafayev. Bəs məni ona tapşır, iş versin”.
Atam da onu şəxsən tanımadığı üçün arayıb tapdı ki, bəs Firuz Mustafayev akademik Xudu Məmmədovun dostudur, o da Bəxtiyar Vahabzadənin. Onun vasitəsilə tapşırar.
Nədənsə nə Xududan, nə də Bəxtiyardan səs çıxdı. Atam sonda belə qərara gəldi ki, özü getsin Şamaxıya – “Mən tanımıram. Yəqin ki, məni tanıyar” deyərək.
Xülasə “raykom”a deyirlər ki, Bakıdan Qabil müəllim gəlib. O vaxt da Bakıdan gəlmək nadir və təhlükəli məsələ idi. Yəni ya yoxlama gəlib, ya da ki, jurnalist. Xüsusi diqqət ayırmaq lazımdır. Firuz Mustafayev atamı hörmətlə qəbul edir. Çay gətizdirir. Amma nədənsə nəzərlərini ondan ayıra bilmir. Bu atamın da nəzərindən də qaçmır. Firuz Mustafayevin torpaq adamı, zəhmətkeş insan olduğunu, yəni şeirdən-sənətdən uzaq olduğunu  bilən atam girişə ehtiyac olduğunu sezir və özünü təqdim edir.
- Mən Qabiləm, şair Qabil. Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi…
Firuz Mustafayev isə:
- Yox e, Sizi tanıyıram. Amma səhərdən baxıram, tapa bilmirəm ki, Sizi kimə oxşadıram.
- Hitlerə?
Bunu eşidən Firuz Mustafayev əlini stola çırpıb “axır ki, tapdım. Yoxsa səhərdən fikirləşə-fikirləşə qalmışam ki, Sizi kimə oxşadıram”.
Həmin söhbətlə başlanan iki səmimi insanın dostluğu axıracan davam elədi. Nadirə isə vəzifə verildi – Hitlerin xatirinə.

A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/


Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/

Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/


Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/

Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/ 

Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/


Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/


Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35675/1/

Azərbaycandakı oxşarlar - XVI... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36590/1/


Azərbaycandakı oxşarlar- XVII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36950/1/

Azərbaycandakı oxşarlar - XVIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37279/1/

Azərbaycandakı oxşarlar - XIX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37493/1/

Azərbaycandakı oxşarlar - XX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/38252/1/

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!