Modern.az

Yenə yağış yağacaq - HAVA

Yenə yağış yağacaq - HAVA

Təhsil

9 May 2013, 13:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında isə sabah əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama