Modern.az

ATƏT sədri Qarabağ danışıqları üçün Azərbaycana gəlir

 ATƏT sədri Qarabağ danışıqları üçün Azərbaycana gəlir

Təhsil

9 May 2013, 15:06


ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmaq üçün Cənubi Qafqaza səfər edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə qurum sədri BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlaması zamanı bildirib.

"Mən Azərbaycan, Gürcüstan və Ermənistana səfər etməsi düşünürəm. Səfər zamanı Azərbaycanla Ermənistan arasındakı ixtilafın mümkün həlli yolları müzakirə olunacaq. Biz anlayırıq ki, vəziyyət sadə deyil...Danışıqlar prosesinə təkan vermək istəyirik. Vyanada ATƏT, eləcə də Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı olan təşkilatlar vasitəsilə yaxşı dinamikanın olduğunu hiss edirik",- deyə ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara əlavə edib.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama