Modern.az

Ölkəmizdə yığılan xüms və zəkat İrana göndərilir - DEPUTAT

Ölkəmizdə yığılan xüms və zəkat İrana göndərilir - DEPUTAT

16 Dekabr 2022, 14:00

“Bu gün Azərbaycanda vacib məsələlərdən biri müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni və bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir.

 

 “Məsələ yalnız bununla bitmir. Azərbaycanda toplanan xüms və zəkatın ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var. Əvvəlki dövrdə quru sərhədləri açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti əldə edirdilər. İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir. Ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini qrupların maliyyələşdirilməsi mexanizmləri ciddi nəzarətdə saxlanılmalı və qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır”, - Ceyhun Məmmədov çıxışında qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi