Mayın 9-da ermənilər Azərbaycanın Şuşa şəhərinin ələ keçirilməsinin 21-ci ildönümünü qeyd ediblər.
Ermənistan prezidenti Serj Sarkisyan da bu mərasimlərdə iştirak etmək üçün mayın 9-da Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa gəlib. Modern.az xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, S.Sərkisyan Xankəndi və Şuşa şəhərlərində keçirilən bayram mərasimlərinə qatılıb. Bu mərasimlərdə Şuşanın ələ keçirilməsinin 21-ci və Böyük Vətən Müharibəsindəki qələbəbin 68-ci ildönümü qeyd edilib.
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Sərkisyan Xankəndindəki Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş ermənilərin xatirəsinə ucaldılan abidələri ziyarət edib.
Daha sonra Şuşaya gələn Sərkisyan burada şəhərin ələ keçirilməsi şərəfində qoyulan abidəni ziyarət edib, incəsənət muzeyinin açılışına qatılıb.
Modern.az