Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçıları toplantısının ortaq bəyanatı yayımlanıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, 25 maddəlik bəyanatda energetika sahəsində əməkdaşlığın inkişafı, təbii qaz tədarükünün xüsusi önəmi vurğulanıb.
Həmçinin üç ölkənin ortaq tarix, dil və mədəniyyət baxımından yaxınlığına söykənərək hərtərəfli əlaqələrin dərinləşdirilməsi arzusu ifadə edilib.
Bəyanatda tərəflər dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığına qarşılıqlı olaraq hörmət etdiklərini və sarsılmaz dəstək göstərdiklərini ifadə ediblər. Eləcə də Türkiyə, Türkmənistan və Azərbaycanın qarşılıqlı münasibətlərində beynəlxalq hüququn normalarını əsas tutulacağı vurğulanıb.
Qeyd edək ki, liderlərin toplantısı 14 dekabrda Türkmənistanda keçirilmişdi.