Modern.az

Azərbaycana sığınan ukraynalıların sayı AÇIQLANDI

Azərbaycana sığınan ukraynalıların sayı AÇIQLANDI

Ölkə

16 Dekabr 2022, 15:52

Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələr - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, Ukraynadakı hadisələrə görə hazırda ölkəmizdə 7036 Ukrayna vətəndaşı yaşayır. Xidmət rəisi əlavə edib ki, İrandan da Azərbaycana gələnlər var:

 

"Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama