Modern.az

“Azərişıq”ın iki əməkdaşını “tok” vurdu - Biri öldü 

“Azərişıq”ın iki əməkdaşını “tok” vurdu - Biri öldü 

Hadisə

16 Dekabr 2022, 22:15

“Azərişıq” ASC-nin iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

 

"Azərişıq" ASC-nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

 

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər