Modern.az

DÇ-2022: Bu gün bürünc mükafatçı bəlli olacaq

DÇ-2022: Bu gün bürünc mükafatçı bəlli olacaq

17 Dekabr 2022, 08:50

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olacaq.

 

Modern.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

İki kollektiv mundialda eyni qrupda yer alıblar. F qrupunu Afrika təmsilçisi 7 xalla birinci, Xorvatiya isə 5 xalla ikinci pillədə tamamlayaraq, pley-off mərhələsinə adlayıblar. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.

 

Mərakeş seçməsi tarixində ilk dəfə mundialda üçüncü yer uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!