Modern.az

Xankəndi-Laçın yolundakı aksiyanın 6-cı GÜNÜ

Xankəndi-Laçın yolundakı aksiyanın 6-cı GÜNÜ

Qarabağ

17 Dekabr 2022, 09:16

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altı gündür davam edir.

 

Modern.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu davam edib.

 

Hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. Dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

 

Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, qətiyyət nümayiş etdirirlər. Onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.

 

Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi