Yanğının kəşfiyyatı zamanı mənzildə yaşayan 2 nəfər, 2010-cu il təvəllüdlü Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovanın meyitləri aşkar olunub. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb və 1 nəfər tüstüdən zəhərlənib.
Meyitlər aidiyyatı üzrə təhvil verilib. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.