Modern.az

Məktəbli futbol oynayarkən dünyasını dəyişdi 

Məktəbli futbol oynayarkən dünyasını dəyişdi 

Aktual

18 Dekabr 2022, 09:09

Türkiyənin Düzce bölgəsində futbol oynayan uşaq məktəbin yaşıl meydançasında canını tapşırıb.

 

Modern.az xəbər verir ki, 12 yaşlı Mehmet Emin Başar bədən tərbiyəsi dərsində dünyasını dəyişib.

 

Məlumata görə, yeddinci sinif şagirdi bir qədər qaçdıqdan sonra halı qəfil pisləşib və yerə yıxılıb. İlkin müdaxilə edilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

 

12 yaşlı məktəblinin əvvəllər səhhətində heç bir problemin olmadığı vurğulanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Turan 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI