Modern.az

42 yaşlı kişini maşın vurub öldürdü 

42 yaşlı kişini maşın vurub öldürdü 

Hadisə

18 Dekabr 2022, 20:49

Şəki rayonunda piyadanı maşın vuraraq öldürüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.

 

Dünyasını dəyişən piyada rayonun Aşağı Göynük kənd sakini, 1980-cı il təvəllüdlü Rasim Şəhmərdan oğlu Əlimərdanovdur.

 

R. Əlimərdanov “VAZ 21011” markalı minik avtomobili tərəfindən vurulub. Həmin avtomobili idarə edən şəxs rayonun Baş Göynük kənd sakini olan Faiq Vəliyevdir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər