Modern.az

Sülhməramlı ailəsinin Laçın yolundan keçməsinə icazə verildi - VİDEO

Sülhməramlı ailəsinin Laçın yolundan keçməsinə icazə verildi - VİDEO

Qarabağ

19 Dekabr 2022, 09:08

Rusiya sülhməramlılarından birinin ailə üzvləri avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

 

Modern.az xəbər verir ki, Laçın yolundakı etirazçılar sülhməramlıların ərazidən keçməsi üçün şərait yaradıblar.

 

Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər:

"- istənilən mülki erməninin aksiya yerindən keçidinə şərait yaradıla bilər;
- bizdən qorxmaq lazım deyil, biz sülh carçılarıyıq;
- biz “yolkəsən quldur” deyilik, biz sülhə yol açanlarıq;
- dinc ermənilər bizə xilaskarları kimi baxa bilərlər, biz onları girov saxlayan, alət kimi istifadə edən quldur rejimi lənətləyirik;
- bizim erməni uşaqları ilə, yaşıdlarımızla, mülki əhali ilə heç bir problemimiz yoxdur, bizim düşmənimiz ərazimizi talayan quldurlardır".

Təəssüf ki, rusiyalı milyarder Ruben Vardanyan mülki erməniləri Qarabağdan buraxmır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi