Modern.az

Qəzalar daha 4 can aldı

Qəzalar daha 4 can aldı

20 Dekabr 2022, 09:54

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, dekabrın 19-da saat 9 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində A.Hüseynlinin idarə etdiyi “VAZ-21723” və E.Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə A.Hüseynli hadisə yerində ölüb.

 

Həmin gün saat 18 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində E.Məmmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobili aşırıb və nəticədə sərnişinləri Ç.Əhmədova və E.Həşimov hadisə yerində ölüblər.

 

Dekabrın 19-da saat 21 radələrində İmişli rayonunun Qulubəyli kəndi ərazisində Z.Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən K.Həşimovu vurub və nəticədə piyada hadisə yerində ölüb. 

 

Qəzalar nəticəsində 4 nəfər ölüb. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil