Modern.az

Biləsuvarda 79 yaşlı qadın yanaraq öldü

Biləsuvarda 79 yaşlı qadın yanaraq öldü

20 Dekabr 2022, 10:26

Dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

 

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil