Yasamal rayonu ərazisində bir köşkdən 2000 manat dəyərində tütün məmulatının, bir piştaxtadan isə 478 manat dəyərində quru meyvənin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.