2020-ci ildə TƏBİB-ə 2173 şikayət daxil olub ki, bu da ümumi müraciətlərin (8648) 25%-dir.
Modern.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, daxil olan şikayətlərin 28 faizi müayinə və müalicə prosedurları ilə bağlıdır:
"Şikayətlərin 20 faizi müəssisənin infrastrukturu, 13 faizi etik davranış qaydalarının pozulması, 13 faizi iş və əmək münasibətlərinin pozulması ilə bağlıdır".