Modern.az

Bir şəklin tarixçəsi: Kədərli Artur Rasizadənin şən ovqatı

Bir şəklin tarixçəsi: Kədərli Artur Rasizadənin şən ovqatı

Reportaj

10 May 2013, 17:09

Siyasətçi müxtəlif xarakterli və baxışlı insanları bir komandada hədəfə aparmaq xüsusiyyəti ilə seçilir. Tarix hələ də bu sual üstündə baş sındıırır: “Şəxsiyyət tarixi, yoxsa tarix şəxsiyyəti yaradır?” Bütün hallarda lider olmaq öz prinsiplərini diqtə etmək bacarığını və inandırmağı tələb edir.

Mərhum eks-prezident Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illər ərzində komandasında çoxlu insan gördü. Onun üçün işgüzar münasibətlər və subardinasiya qaydalarına riayət mühüm detal idi. O bunu xüsusi qiymətləndirirdi.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi fotoşəkil 90-cı illərin sonunda çəkilib. Əllərini bir-birinə çarpazlayan Heydər Əliyev qarşısında dayanmış məmurları  diqqətlə süzür. Siyasi tariximizin sərt küləkləri H.Əliyevin ətrafındakıların hərəsinə bir tale yazdı.

Şəkildə Abbas Abbasov, Rafael Allahverdiyev və Abid Şərifov narahat görünsələr də, Baş nazir Artur Rasizadə adət etdiyimizin əksinə çox şəndir. İş adamı İsgəndər Xəlilov dövlət başçısına nə barədəsə izahat verir...



Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI