TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çox sayda ailə tibb mərkəzləri, kənd tibb və kənd həkim məntəqələri mövcuddur. Hazırda onların xəritəsi hazırlanır və bu proses bitmək üzrədir”.
Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlanadında bildirib.
O qeyd edib ki, ilə sağlamlıq mərkəzləri, kənd tibb və kənd həkim məntəqələrinin yenidən qurulması, orada həkim, orta tibb işçisinin yerləşdirilməsi, onların fəaliyyətinin təmin olunması ilə bağlı layihələr artıq hazırlanıb.
TƏBİB rəsmisinin sözlərinə görə, yeniliklərin tətbiqinə gələn ildən başlanılacaq.