Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.
"Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevlə məhsuldar görüş gerçəkləşdirdik. Tək millət, iki dövlət", - deyə Bağcı qeyd edib.