Bu gün Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə mərhum dövlət başçısı Heydər Əliyevin 90-cı ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.
Artıq ənənə halını almış Gül bayramında tələbələrin hazırladıqları gül kompozisiyaları və incəsənət nümunələri təqdim edilib. Tədbirdə universitetin 17 fakültəsi, o cümlədən əksər ali təhsil müəssisələri iştirak ediblər.
Gül bayramına qatılan rektor, akademik Abel Məhərrəmov Heydər Əliyevin yubileyi münasibətilə təşkil edilmiş bayramın əhəmiyyətindən danışıb, kompozisiyaların fakültələrin profilinə uyğun hazırlanmasını yüksək qiymətləndirib:
Rektor sonra qalibləri elan edib. 1-ci yerə jurnalistika, 2-ci yerə Coğrafiya, Sosial elmlər və psixologiya layiq görülüb. Digər fakültələr, eyni zamanda, qonaq qismində qatılan Azərbaycan Universiteti 3-cü yerin qalibi olublar. 1-ci yer 300, 2-ci yer 200 və 3-cü yerin qalibləri 100 manatla mükafatlandırılıblar.
Sonda rektor tədbirin təşkilatçılarına, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Modern.az