Modern.az

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmadı

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmadı

Hadisə

20 Dekabr 2022, 17:36

Bu gün Xətai rayon Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı müraciətə baxılıb.

Modern.az xəbər verir ki, prosesə sədrlik edən hakim Bəxtiyar Məmmədov Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasını təmin etməyib.

Vəkil Aqil Layic bildirib ki, Bəxtiyar Hacıyevin səhhəti pisləşib, o, həbsinə etiraz əlaməti olaraq aclığı davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. 
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil