Modern.az

Baş bankir iqtisadçı ekspertləri görüşə ÇAĞIRIB

Baş bankir iqtisadçı ekspertləri görüşə ÇAĞIRIB

İqtisadiyyat

20 Dekabr 2022, 21:01

Bu gün Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş Əkrəm Həsənov məlumat paylaşıb.

 

Onun sözlərinə görə, görüşə həmkarları Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə AMB-nin 9 əməkdaşı qatılıb.

 

“Çox səmimi və məhsuldar görüş oldu. Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Ən əsası da o idi ki, məqsəd piar-filan deyildi. Maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələni (xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer aldı) müzakirə etdik. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlərin vaxtaşırı keçirilməsi də qərara alındı”, - deyə Ə.Həsənov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi