Modern.az

Ermənistan Laçın yolunda insan hüquqları pozuntuları törədib - XİN

Ermənistan Laçın yolunda insan hüquqları pozuntuları törədib - XİN

Ölkə

21 Dekabr 2022, 10:23

“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir:

 

“Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir”.

 

Həmçinin qeyd olunub ki, Ermənistanın “yandırılmış torpaq” siyasəti çərçivəsində evlərin dağıdılması, qəsdən və spesifik olaraq mülki əmlaklarda partlayıcı qurğuların yerləşdirilməsi ilə birlikdə, məcburi köçkün ailələrin və icmaların 30 il bundan əvvəl Ermənistanın qeyri-qanuni işğalı nəticəsində tərk etməyə məcbur olduqları keçmiş evləri və torpaqlarına qayıtmasının qarşısını alır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama