Modern.az

Vətəndaşların bank hesablarından pul OĞURLANDI

Vətəndaşların bank hesablarından pul OĞURLANDI

Hadisə

21 Dekabr 2022, 10:32

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Əliyev, Bakı şəhər sakinləri Adil Orucov və Müşviq Rəhimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil