Modern.az

Savad önəmlidir, belə şəxslərdən mütəxəssis olmaz - NAZİR

Savad önəmlidir, belə şəxslərdən mütəxəssis olmaz - NAZİR

İqtisadiyyat

21 Dekabr 2022, 10:52

"Məşğulluğa təhsilin təsiri məsələsində baza bacarıqları və savadlılıq önəmlidir. İnsanın oxuyub-anlama bacarığı yoxdursa, sadə riyazi hesablamaları və yaxud da təbiət elmlərində baza savadlılığı zəifdirsə, ondan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

 

E.Əmrullayev bildirib ki, kütləvi keyfiyyəti bağça yaşlarında baza savadlılığı səviyyəsində təmin etmək lazımdır:

 

"Həm peşə, həm də ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından yüksək səviyyədə gedir. Qısa müddət ərzində qısamüddətli kurslar, peşəyönümlü təlimlərin də müəyyən qədər faydası var. 6 ay müddətində müəyyən bazası olan şəxsdən xidmət sahəsində məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq olar".

 

Nazir onu da qeyd edib ki, əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi