Modern.az

Ali məktəblərə qəbul sayı 60 minə çatdırılacaq 

Ali məktəblərə qəbul sayı 60 minə çatdırılacaq 

21 Dekabr 2022, 11:00

Peşə və ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu prosess kəmiyyət baxımından çox sürətlə gedir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

 

E.Əmrullayev qeyd edib ki, 10 il öncə ali məktəbə qəbul olanların sayı 20-30 min idisə, bu il rekord olaraq 50 min nəfərə çatıb.

 

"Növbəti 4 ildə bu rəqəmi 60 minə çatdırmağı planlaşdırırıq. Lakin tələbənin hansı bacarıqlara sahib olması önəmli faktordur. 60 min insan ali təhsil müəssisəsinə gələndə hansı bacarıqlara sahib olur, öncə bu bilinməlidir. Peşəkar kadr hazırlamaq zaman tələb edir. Bunu 6 aya etmək mümkün deyil. 6 ay hansısa bacarığı olan, məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq mümkündür”,- deyə nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir