Modern.az

Şuşada qarın hündürlüyü 5 sm-ə çatıb - Qarabağın havası

Şuşada qarın hündürlüyü 5 sm-ə çatıb - Qarabağın havası

21 Dekabr 2022, 11:08

Şuşa, Kəlbəcər və Laçında müşahidə olunan hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda Şuşa şəhərində havanın temperaturu 3 dərəcəyədək şaxta təşkil edir, qarın hündürlüyü isə 5 sm-dəkdir.

 

Dekabrın 21-də Şuşa, Kəlbəcər və Laçında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gündüz 4 dərəcəyədək, axşam 8 dərəcəyədək şaxta təşkil edəcək.

 

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi