Modern.az

20 yaşlı tələbə sevdiyi qıza görə intihar edib?

20 yaşlı tələbə sevdiyi qıza görə intihar edib?

21 Dekabr 2022, 12:38

Əmək və Sosial Münasibətlər Akademiyasının 20 yaşlı tələbəsinin intiharının bəzi təfərrüatları məlum olub.

 

Akademiyadan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şamil özünəqapalı tələbə olub.

 

Məlumata görə, o dərslərdə davamiyyətli olsa da, son 3 gündə dərsdə iştirak etməyib. Tələbə yoldaşları və müəllimləri Şamilin ağırtəbitəli, özünəqapalı tələbə olduğunu söyləyilər.

 

İntihar səbəbi dəqiq məlum deyil, lakin onun sevgi münasibətlərinə görə intihar etdiyi ehtimal olunur.

 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına əsasən, dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.

 

Hazırda faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil