Modern.az

İŞİD-in \"sahil tabor komandanı\" Türkiyədə tutuldu

İŞİD-in \

21 Dekabr 2022, 14:14

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat keçirib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Hatay şəhərində keçirilib.

 

Bildirilib ki, əməliyyat nəticəsində 8 İŞİD terrorçusu saxlanılıb. Saxlanılanlardan biri İŞİD-də "yüksək vəzifə" daşıyan terrorçu olub.

 

Belə ki, İŞİD-in "sahil taborunun komandanı" Əhməd Əli də əməliyyat zamanı saxlanılanlar arasındadır.

 

Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər