Ağdamda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Modern.az xəbər verir ki, rayonun məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində yaşayan 37 yaşlı Tünzalə İbadovanı öldürən əri 1974-cü il təvəllüdlü Sahib İbadov içki aludəçisi olub.
Sahib İbadovun əmisi oğlu, Namiq İbadov APA-ya bildirib ki, Sahibin törətdiyi cinayət hər kəsi, o cümlədən anasını hiddətləndirib:
“Tünzalə sakit gəlin idi. Gözləmirdik belə bir hadisə ola. Sahib bənna işləyirdi, amma içki aludəçisi idi, çox içirdi. Tünzalə işləmirdi, uşaqlarına baxırdı. Gözləmədiyimiz hadisə oldu. Hamısı spirtli içkinin təsiridir. Tünzalənin qohumları Bakının Qobu qəsəbəsində yaşayır. Özü yetim idi, 5 övladı da yetim qaldı. Böyük uşağının 12, balacasının 3 yaşı var”.