Modern.az

Vasif Talıbovu əvəz edən məmurdan ilk açıqlama: “Bundan sonra da...”

Vasif Talıbovu əvəz edən məmurdan ilk açıqlama: “Bundan sonra da...”

Ölkə

21 Dekabr 2022, 15:34

"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq".

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bunu Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalov altıncı çağırış səkkizinci sessiyada çıxışı zamanı bildirib.

 

A.Zeynalov əlavə edib ki, fəaliyyəti dövründə dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacaq.

 

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada Ali Məclisin Sədri Vasif Talıbovun səhhəti ilə bağlı müraciətinə baxılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

 

Vasif Talıbovu bu vəzifədə birinci müavin Azər Zeynalov əvəz edir.

Bu xəbər ilə bağlı
Vasif Talıbovun istefasının səbəbi AÇIQLANDI
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama