Modern.az

Stoltenberqin yeni vəzifəsi məlum oldu

Stoltenberqin yeni vəzifəsi məlum oldu

Dünya

22 Dekabr 2022, 00:14

NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri postunu tuta bilər. 

 

Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadən məlumat yayıb.

 

TV2-nin məlumatına görə, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun NATO baş katibi kimi səlahiyyət müddəti başa çatdıqdan sonra baş tuta bilər. 

 

Yens Stoltenberq Norveçin keçmiş baş naziridir. O, 2014-cü ilin oktyabrından NATO-nun baş katibi vəzifəsində çalışır. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər