Modern.az

İş yoldaşını döyüb xəstəxanalıq etdi

İş yoldaşını döyüb xəstəxanalıq etdi

22 Dekabr 2022, 10:16

Ağdam rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib.

 

Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil