Modern.az

Paşinyanın kadr siyasəti partiyasında etiraz doğurdu

Paşinyanın kadr siyasəti partiyasında etiraz doğurdu

Dünya

22 Dekabr 2022, 10:40

Ermənistanın baş naziri Nikol Paşinyanın kadr dəyişikliyi barədə son qərarları və ümumi kadr siyasəti hakim "İctimai Müqavilə" Partiyasında böyük narazılıqlar yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti mənbələrinə istinadən yazıb.

 

Məqalədə bildirilir ki, Paşinyanın özünə müavin təyin etdiyi, köhnə hakimiyyət dövründə də vəzifələr tutmuş, partiya mənsubiyyəti olmayan Tiqran Xaçatryanın bu posta gətirilməsi partiyada xüsusi olaraq narahatlıq yaradıb.

 

Qeyd olunub ki, sözügedən qərar partiyanın "veteranları" hesab olunan Arayik Harutunyan və Romanos Petrosyanın etirazına səbəb olub.

 

Məlumata görə, maliyyə, təhsil, mədəniyyət və idman naziri postlarının da bitərəflərə həvalə olunması "İctimai Müqavilə" Partiyasında qızğın müzakirələrə və narazılığa gətirib çıxarıb.

 

Qəzet yazır ki, partiyadaşları Paşinyanın kadr siyasətini dəyişməli olduğunu düşünürlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər