Bu ilin 11 ayında ümumilikdə 5 ton 252 kq 377,662 qr və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının yaydığı hesabatda bildirilib.
Rəsmi məlumata görə, onların 2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2514 ədəd psixotrop maddə təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN (107 milyon 340 000 ABŞ dolları) kimi qiymətləndirilir.