Modern.az

Zelenskini qarşılamaq mənim üçün qürurdur - Pelosi

Zelenskini qarşılamaq mənim üçün qürurdur - Pelosi

22 Dekabr 2022, 11:22

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, Pelosi bu haqda tviter səhifəsində yazıb.

 

"Prezident Zelenskini ABŞ Konqresinin binası Kapitolda qarşılamaq və ABŞ-ın öhdəliklərini yenidən təsdiqləmək mənim üçün ayrıca qürur verir. Müharibədə qələbə qazanana qədər azadlıq mübarizəsində Ukraynanın yanında olacağıq", - deyə spiker qeyd edib.

 

Xatırladaq ki, Pelosi-Zelenski görüşü Ukrayna prezidentinin ABŞ-a səfəri çərçivəsində baş tutub. Bu, Zelenskinin müharibə başlayandan bəri ölkə xaricinə ilk səfəri olub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər