Modern.az

Sülh müqaviləsinə dair təklifləri Azərbaycana təqdim etmişik - Paşinyan

Sülh müqaviləsinə dair təklifləri Azərbaycana təqdim etmişik - Paşinyan

22 Dekabr 2022, 11:48

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağ problemindən danışıb.
 

Modern.az-ın məlumatına görə, Paşinyan bildirib ki, “Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı artırılmalıdır”.

 

“Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”, - baş nazir vurğulayıb.

 

O qeyd edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib.

 

“Biz bu məzmunla bağlı müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, - Paşinyan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi