Modern.az

Saakaşvilinin məhkəməsi başladı, özü gələ bilmədi

Saakaşvilinin məhkəməsi başladı, özü gələ bilmədi

Dünya

22 Dekabr 2022, 11:52

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi paytaxt Tbilisi şəhərində start götürüb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, məhkəmədə onun tərəfdarları və yaxın adamları iştirak etsə də, sağlamlığındakı problemlərə görə eks-prezident şəxsən məhkəmənin keçirildiyi binaya gələ bilməyib.

 

O, müalicə aldığı klinikadan videokonfrans vasitəsi ilə prosesə qatılıb.

 

Qeyd edək ki, Saakaşvili ötən ilin oktyabrından həbsdədir və səhhətində ciddi problemlər yaranıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər