Modern.az

ABŞ Ukraynaya “Patriot” versə, Rusiya nə edəcək? - AÇIQLAMA

ABŞ Ukraynaya “Patriot” versə, Rusiya nə edəcək? - AÇIQLAMA

Dünya

22 Dekabr 2022, 12:22

Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev ABŞ-ın Ukraynaya "Patriot" tədarükü barədə məlumatlara münasibət bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, spiker müavini bu addımın atılacağı təqdirdə Rusiyanın mövqeyinin necə olacağını açıqlayıb.

 

"Ukrayna ərazilərində ABŞ "Patriot"larının quraşdırılmasına biz ABŞ-ın münaqişəyə birbaşa cəlb edilməsi addımı kimi baxa bilərik. Bunu yoxlamaq lazım deyil", - deyə Kosaçev söyləyib.

 

Qeyd edək ki, ABŞ Ukraynaya 1,85 milyard dollar dəyərində yeni hərbi yardım paketini elan edib. Patriot HHM sistemlərinin də bu paketdə yer alması gözlənilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər